23 Dekabr 2021 16:36
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi tərəfindən Vəkillər Kollegiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil müəssisələri və tələbə-həmkar təşkilatları ilə birgə ardıcıl tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Vəkillər Kollegiyası tərəfindən qarşıdan gələn 28 dekabr - “Vəkil günü” peşə bayramı münasibətilə Ədliyyə Nazirliyi ilə birgə növbəti hüquqi yardım aksiyası keçirilib.

Vəkillər tərəfindən nazirliyin Penitensiar xidmətinin 4 saylı cəzacəkmə və Tərbiyə müəssisələrində qadın və yetkinlik yaşına çatmayan məhkumlara pulsuz hüquqi yardım göstərib, anaları ilə birlikdə qalan balacaları yeni il hədiyyələri ilə sevindiriblər.

Gömrük Akademiyasının könüllüləri olan 4-cü kurs tələbələrinin qoşulduğu aksiya zamanı məhkumlara 70-ə yaxın məhkəmə və digər orqanlarda hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım göstərilib, məsləhətlər verilib.


Müəllif: Hacı Zeynalov