"Azərbaycan HR İnstitutu" HRCI (Human Resources Certification İnstitute) təşkilatının ölkəmizdə "Təsdiqlənmiş Təmsilçisi" statusunu qazanıb və həmçinin Azərbaycan HR İnstitutunun ölkəmizdə həyat keçirdiyi "Milli sertifikasiya və tədris proqramları" beynəlxalq akkreditasiyadan uğurla keçib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan HR İnstitunun təqdim etdiyi sertifikatlar artıq beynəlxalq dərəcədə tanınır və PDC (professional development credit) və Recertification kreditləri təqdim edir.
Qeyd edək ki, HRCI (Human Resources Certification Institute) 1976-cı ildə yaradılmış dünyanın İnsan Resursları üzrə ən böyük sertifikatlaşdırma qurumudur.