24 Dekabr 2021 12:16
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son sutka ərzində 38 milyon kubmetr qaz həcmi qəbul edilib. Bu, ötən ilin həmin dövrü ilə müqayisədə eynidir ".

Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, qəbul edilən təbii qazın 29 milyon kubmetri abonentlərə (əhali) verilib:

"Digər həcmlər isə qeyri-əhali və sənaye üzrə verilib. Bu ilin dekabr ayı ötən ilin eyni dövrü ilə müqayisədə daha xoş keçib. Son 23 gündə keçən ilin eyni dövrü ilə müqayisədə əhali üzrə 90 milyon kubmetr az təbii qaz qəbul etmişik. Ancaq qeyri-əhali üzrə ötən ilin dekabr ayına nisbətən 30 milyon artıq qaz qəbul etmişik”.

Ruslan Əliyev bildirib ki, noyabr ayında qəbul edilən təbii qazı daha fərqli olub: “Noyabrda əhali üzrə ötən ilə nisbətən 170 milyon kubmetr artıq qaz qəbul edilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər