2022-ci ildə Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Qanun layihəsini deputat Məlahət İbrahimqızı təqdim edib.
Deputat deyib ki, dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.
Deputat Əli Məsimli dəyişikliyi dəstəkləyib.
ayihə səsverməyə çıxarılaraq qəbul edilib.