Dövlət İmtahan Mərkəzi gələn il üçün magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) vaxtını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, magistratura səviyyəsi üzrə I mərhələ üçün qəbul imtahanının fevralın 20-də keçirilməsi planlaşdırılır.
Fevral ayında həmçinin peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanının da keçirilməsi nəzərdə tutulub. Şagirdlər fevralın 27-də imtahan verəcəklər.