28 Dekabr 2021 15:50
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Səfər Alışarlı Feysbuk hesabını bağlamaq istəyi ilə bağlı paylaşım edib. Yazıçı qeyd edib ki, 10 ildən artıqdır istifadə etdiyi sosial şəbəkədən məmnun deyil.

Səfər Alışarlı məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında bildirib ki, Feysbuk platformasında yazılarına kifayət qədər diqqət ayrılmır:

“Feysbuk bütövlükdə hər kəsin istifadə edə bildiyi platformadır. Burada bədii yaradıcılıqdan anlayışı olan və ya bədii sözün nə olduğunu dərk edə bilməyən istifadəçilər var. Onların öz maraq dairələrinə görə Feysbukda əhatələri var. Bu adamların hamısının zövqünü oxşamaq mümükün deyil. Hesab edirəm ki, Feysbuk profilimdə dostluğumda yer alan 4 min insan arasında bədii sözünü dərk edən elə də çox deyil.

Mənim yazdığım statuslara, paylaşdığım hekayələrə onların münasibəti birmənalı deyil. O baxımdan ki, bu platformada hər şeyi layk sayı həll edir. Əgər layk çoxdursa, bu insan daha faydalıdır, daha populyardır, layk yoxdursa, lazımsızdır. Hesab edirəm ki, yazılarımı oxuyanların çoxu layk etməyə ərinirlər. Çünki yazılarımı saytlarda bəyənənlər minlərlədirsə, amma feysbukda bu göstərici maksimum 40-50 arasında dəyişir. Bu da mənim xoşuma gəlmir.

Bu səbədən Feysbukda fəaliyyətimi dayandırmağı düşünürəm. Hələ ki, son qərarımı verməmişəm, amma güman ki, profilimi bağlayacam”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər