Ötən sutka ərzində ölkədə 377 nəfər COVID-19 virusuna yoluxub, 8774 test aparılıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, ümumi yoluxma sayı 600 mini ötüb:
"Ölkə üzrə ümumillikdə 6 milyondan çox test aparılıb, 8 min ölüm faktı qeydə alınıb. Ümumi ölkə üzrə vəziyyət stabildir. Epidemioloji göstəricilər nəzarət altındadır. Son günlərdə müsbət test göstəriciləri 4-5 faizə enib. Bu, bizim üçün sevindirici haldır. Vətəndaşlardan xahiş edirəm ki, qarşıdakı dövrlərdə də qaydalara riayət etsinlər".