28 Dekabr 2021 17:18
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir ildir ki, ölkəmizdə COVID-19 virusu əleyhinə vaksinasiyaya aparılmaqdadır.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, ölkəmizdə yerli vətəndaşlarla yanaşı, xarici vətəndaşlar da vaksinasiyada iştirak edirlər: "Bu günədək 11 milyondan çox insan birinci doza, 4 milyon 777 nəfər ikinci doza, 1 milyon 255 nəfər isə üçüncü doza vaksin olunub. Ölkəmizdə ümumi vaksinasiya prosesi uğurla aparılmaqdadır. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara riayət etməyə davam etsinlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər