28 Dekabr 2021 17:19
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə COVID-19 əleyhinə müalicədə istifadə olunan dərmanların adları xarici mediada çəkilir.

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həmin dərmanların tədqiqatları başa çatdıqdan sonra ölkəmizə gətirilməsi nəzərdə tutulur:

"Bəzi insanlar düşünürlər ki, o dərmanlar vaksinasiyanın yerini tutacaq. Bu, belə deyil. Virusun irəliləyiş fazası var. Dərmanlar virusun replikasiyasının qarşısını alır. Gecikmiş fazada xəstə insanlarda oksigen dəstəyindən istifadə olunur, stakin fırtınanın qarşısını alan dərmanlardan istifadə olunur. Hər iki qrup dərmanlar ölkəmizə gətirilir və aktiv olaraq xəstələrin müalicəsində istifadə olunur. Lakin yeni dərmanlar virusun ilk fazasında istifadə olunur və dəstəkləyici xarakter daşıyır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər