29 Dekabr 2021 11:47
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 66 xidmət elektronlaşdırılıb, onlardan 42-si proaktiv qaydada həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, fondun xidmətlərinin elektronlaşdırılması nəticəsində ümumilikdə 500 000-dən artıq proaktiv təyinat aparılıb: "Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir.

Bütün ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirilib. Fərdi uçotun mərkəzləşdirilməsi zamani benefisiari bilinməyən 1.1 milyard vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənilib. Bütün ölkə üzrə məhkəmə mübahisələrində iştirak mərkəzləşdirilib. Bu islahat nəticəsində DSMF-nin əleyhinə qüvvəyə minən məhkəmə qərarlarının sayı 2017-ci ildəki 12000 işdən 2021-ci ilin ilk 8 ayında 600 işə enib. Beləliklə, məhkəmə aktları üzrə öhdəliklər 63 milyon manatdan 1.7 milyon manata enib".

Sədr əlavə edib ki, maliyyə və mühasibatlıq işinin mərkəzləşdirilməsi maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti təmin etməyə imkan verib, əsassız xərclərin qarşısı alınıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər