Bu il Azərbaycanda qeydə alınan yeraltı təkanların sayı açıqlanıb.
Bu barədə Teleqraf.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
RSXM-nin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələr də təqdim olunub.
Bildirilib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyaların məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi aparılıb. Mərkəz tərəfindən bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.
Azərbaycan və ona bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib.
Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş olub.