Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Milli Məclisin Şamaxı rayonu üzrə deputatı Tamam Cəfərova və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə Şamaxının Nüydü kəndində yerləşən orta məktəbdə şənlik keçirilib.
Bu barədə Teleqraf.com-a “Davam” Gənclər Hərəkatından məlumat verilib.
Şənlikdə deputat Tamam Cəfərova və “Davam”ın baş katibi Nigar Aslanova da iştirak edib.
Şənlik zamanı 70-dən çox şagirdə yeni ilin rəmzi olan Şaxta baba tərəfindən hədiyyələr verilib, onların səsləndirdiyi şeirlər dinlənilib, maraqlı söhbətlər edilib. O cümlədən məktəbin şəraiti ilə tanışlıq olub, onların istəkləri qeydə alınıb.