29 Dekabr 2021 16:40
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunda koronavirusa qarşı mübarizə tədbirləri görülməkdədir.

Teleqraf.com-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyətinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.

"Şəxsi heyətin 72 faizi 2-ci, 8 faizi isə 3-cü doza peyvəndi qəbul edib. Koronavirus infeksiyası şübhəsi olan hərbi qulluqçular dərhal təxliyə edilir. Koronavirusa qarşı tədbirlər görmək üçün səyyar briqadalar yaradılaraq hərbi hissə və bölmələrə göndərilib", - deyə A.Eyvazov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər