29 Dekabr 2021 17:45
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il yanvarın 1-dən siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliyin təsdiqi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Beləliklə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Həmçinin, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər