18 Noyabr 2014 20:56
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev cari ilin noyabr ayının 19-da saat 11:00-da Astara şəhərində Heydər Əliyev Mərkəzində (Azərbaycan küçəsi, 26 B) Lənkəran şəhər, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Teleqraf.com xəbər verir ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər(rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur. 1

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər