Bu il 3 ton 43 kq narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rəsmi "Twitter" hesabında paylaşım edib.
"2019-2021-ci illər ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb", - deyə komitə sədri qeyd edib.