Həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlinin səhhətində olan problemlərə bağlı cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı vəkilləri tərəfindən vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində məhkəmə qərar qəbul edib.
Saleh Rüstəmlinin səhhətindəki problemlə bağlı məhkəmə tibb ekspertizası təyin edilib.
Ekspertiza rəyindən sonra Saleh Rüstəmli barədə qərar veriləcək.
Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb.
Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə təqsirli bilinib, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Saleh Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.