2 Yanvar 2022 16:47
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib. 8 235 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 435, bu günə qədər isə ümumilikdə 5 876 764 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər