3 Yanvar 2022 15:27
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, parlamentin yaz sessiyasının ilk pelnar iclası fevralın 1-də keçiriləcək.

Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər