Adətən bir çox sağlamlıq problemlərinin səbəbini hormonal pozğunluqlarla əlaqələndiririk. Problem təkcə hormonlarla bağlı ola bilərmi?
Teleqraf.com xəbər verir ki, hormonlar orqanizmdə olan bütün prosesləri, o cümlədən böyüməni, inkişafı, çoxalmanı, maddələr mübadiləsini tənzimləyir.
Qandakı hormonların tərkibi digər komponentlərlə müqayisədə cüzi olsa da, orqanizmə təsiri böyükdür. Normalda orqanizm hormonal tarazlığı saxlayır, buna qanda hormonların konsentrasiyası ilə təmin edilən tarazlıq da demək olar. Balansda pozulma baş verdikdə, bu dərhal bədənə təsir edir və xəstəliklərin inkişafına səbəb olur.
Hormonların tarazlığı orqanizm üçün çox vacibdir. Lakin o, müxtəlif amillərlə pozula bilər. Xüsusilə stresli vəziyyətlər, xroniki yuxu çatışmazlığı, immunitetin zəifləməsi, siqaret və alkoqoldan sıx istifadə, dərmanlar, helmintlər və digər parazitlərlə yoluxma və bəzi xəstəliklər bu amillər sırasında yer alır.
Təəssüf ki, hər bir insan oxşar amillərlə qarşılaşa bilər, çünki müasir həyat şəraitində onlardan qaçmaq demək olar ki, mümkün deyil.
Buna görə hormonal fonda hər hansı bir dəyişiklik dərman korreksiyası tələb edir. Hormonlar üçün qan testi hormonal disbalansları aşkar etməyə və xəstəliyin səbəbini təyin etməyə imkan verir. Düzgün müalicə kursu tətbiq edərək, hormonların balansını bərpa etmək mümkündür.