5 Yanvar 2022 08:42
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “İntiharlara YOX deyək!” layihəsi başa çatıb.

1 oktyabr 2021-ci il – 1 yanvar 2022-ci il tarixlərini əhatə edən layihə çərçivəsində Qazax Gənclər Evində noyabr ayı ərzində təlimçi Aynur Bünyatova tərəfindən "Həyat bütün xəzinələrdən daha qiymətlidir", "Stressin idarə edilməsi və emosiyaların tənzimlənməsi", "Sağlam özünüqiymətləndirmə", "Mübahisələri həll etmə” və "Məqsədi müəyyən etmə” adlı təlimlər təşkil edilib. Təlim iştirakçısı olmuş 30 gənc yekunda sertifikatlarla təltif edilib.

Həmçinin layihə çərçivəsində intiharlar mövzusunda sosial çarx hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər