6 Yanvar 2022 15:04
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu ilə yanvarın 6-a planlaşdırılmış reysi təxirə salıb.

Bu barədə Teleqraf.com-a Heydər Əliyyev Beynəlxalq Hava Limanından bildiriblər.

"Bugünədək avaişirkət hələlik bir reys təxirə salıb. Digər tarixlərdə reyslərin ləğvi ilə bağlı məlumatlar dəqiqləşdirilir", - deyə hava limanından bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysi saat 13:05-də eniş etməli, 14:05-də əks istiqamətdə uçuş həyata keçirməli idi.

Xatırladaq ki, Qazaxıstanda baş vermiş hadisələrlə əlaqədar Almatı, Aktau və Aktobe hava limanları bağlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər