6 Yanvar 2022 21:58
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Vahid Səməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər