Teleqraf.com wikpedia.org saytına istinadən bu gün tarixdə baş verən önəmli hadisələri diqqətinizə təqdim edir.
Miladi: 19 noyabr 2014
Hicri: 25 Məhərrəm 1436
İlin 323-ci günü
İlin sonuna 42 gün qalır
Bu günün namaz vaxtları:
Fəcr - 06.16
Günəş - 07.30
Zöhr - 12.30
Əsr - 15.25
Məğrib – 17.37
İşa – 18.56
1493 — Xristofor Kolumb Puerto Riko adasını kəşf etmişdir.
1816 — Varşava Universiteti təsis edilmişdir.
1946 — Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul edilmişlər.
1900 — Bakı əhalisi və polisin fəaliyyətindən bəhs edən "Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti" filmi ilk dəfə nümayiş olunmuşdur.
1917 — Hindistanın məşhur siyasi xadimi İndira Qandi anadan olub.
1946 — BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul etmişdir.
1969 — Pele Rio de Janeyronun Marakana stadionunda futbol yarışlarında 1000-ci qolunu vurmuşdur.
1977 — Misir prezidenti Ənvər Sadat İsrailə səfər etmiş ilk ərəb lideri kimi tarixə düşmüşdür.
1979 — Keçmiş SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva - Leninqrad reysi ilə hərəkətə başlamışdır.
1985 — ABŞ prezidenti Ronald Reyqan Cenevrədə SSRİ lideri Mixail Qorbaçovla görüşmüşdür.
1987 — 1931-ci il istehsalı olan "Bugatti Royale" hərrac yolu ilə 5,5 milyon dollara satılmışdır. Bu, avtomobil tarixinin o dövrə qədərki ən böyük hərracı olmuşdur.
1993 - SSRİ kinorejissoru Leonid Qaydar vəfat edib.
1996 — Azərbaycan Respublikası Fil Dişi Sahili ilə diplomatik əlaqələr qurmuşdur.
2008 — Haaqada "Azərbaycanın Holland dostları" cəmiyyəti təsis edilmişdir.