7 Yanvar 2022 11:58
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda bir aydan çox evdə olmayan abunəçi “Azəriqaz”a bu barədə məlumat verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu "Açıq qapı" aksiyasında Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib.

Birlik rəsmisi bunu təhlükəsizliklə izah edib.

Qurumun Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev isə bildirib ki, “Smartcard” tipli sayğacların mexaniki sayğaclarla dəyişdirilməsi yaranan borcla bağlıdır: “Sayğaca baxış keçirildiyi zaman orada onun düz işləmədiyi görünürsə, təchizatçının üzərinə onu dəyişdirmək düşür. Bu, Nazirlər Kabinetinin 2011-ci ildə təsdiqlədiyi 80 saylı qərarında da göstərilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər