7 Yanvar 2022 13:10
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına mebel və xalça yükü aparan 63AA657/63AA658 dövlət nömrə nişanlı "DAF" markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib. Nəqliyyat vasitəsinin qoşqusundakı əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunduğundan ətraflı yoxlama aparılıb və 6 ədəd kreslonun, 1 ədəd divanın qoltuq hissələrində gizlədilmiş 26 ədəd bağlamada, ümumi çəkisi 47 kq 376 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər