10 Yanvar 2022 15:18
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) 13 avqust 2021-ci il tarixində müvafiq məktub daxil olub.

Bu barədə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, sözügedən məktubda TRT-1 televiziya proqramının Azərbaycan Respublikası ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb. Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1 televiziya proqramının yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımı dayandırılıb.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər