Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində bu gün şəhid olan Nəzərov Ayaz Azər oğlunun Tovuz rayon Bozalqanlı kəndindəki evinin qarşısında insan izdihamı yaşanır.
Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, kənd sakinləri,rayon camahatı, rəsmilər şəhidimizin evi önünə toplaşıb və şəhidimizin cənazəsinin gəlməsi gözlənilir. Böyük ehtimalla şəhidimiz Ayaz Nəzərov sabah Tovuz rayonunda dəfn olunacaq.
Məlumat üçün bildirək ki, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub. Silahlı qüvvələrimizin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət edib. Allah rəhmət eləsin