11 Yanvar 2022 20:53
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər