Avropa Dərman Agentliyinin (EMA) peyvənd strategiyasından məsul rəsmisi Marko Kavaleri COVID-19 pandemiyası və peyvəndlərlə bağlı son vəziyyətlə əlaqədar mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, EMA rəsmisi COVID-in pandemiyadan endemik (lokallaşama) bir ssenariyə çevriləcəyini açıqlayıb.
Pandemiyanın nə vaxt bitəcəyinin məlum olmadığını deyən Kavaleri virusun getdikcə məhdudlaşdığını bildirib: “Lakin dəqiq olaraq hazırda endemik vəziyyətə gəldiyimizi deyə bilmərik. Koronavirus hələ də pandemiya virusu kimi yayılmağa davam edir. Omikron bizə bunu göstərir”.
EMA rəsmisi bildirib ki, insanlar hər 3-4 aydan bir peyvənd olunmamalıdırlar: “Bu halda immunitet sistemindən istədiyimiz nəticəni almaya bilərik. Lakin qripə qarşı peyvənd olunmaqla qorunmanı artıra bilərik”.