Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Tərəflərlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının Qazaxıstandakı fəaliyyətini və Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Dünən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər istiqamətində təxribatından sonra belə bir danışığın baş tutması diqqət çəkir.
Digər tərəfdən, dünən Qazaxıstan Prezidenti Tokayev KTMT qüvvələrinin ölkədən çıxmasına başlanılacağını elan edib. Ermənistanın KTMT-yə sədrlik etdiyini nəzərə alsaq mümkündür ki, bu mövzu da tərəflər arasında müzakirə edilib.