14 Yanvar 2022 12:37
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2021-ci ildə Azəriqaz İstehsalat Birliyinin qaz itkiləri​ 7,4 faiz təşkil edib".

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyasında deyib.

O qeyd edib ki, bu, 2020-ci ilin göstəricisindən 1,5 faiz azdır: "Rəqəm ifadəsində bu 44 milyon kubmetr az itkidir. "Azəriqaz" 2021-ci ildə qarşıya qoyduğu plana uyğun öhdəliyi yerinə yetirib. 2022-ci ildə "Azəriqaz"ın qaz itkilərinin hədəfi 6,5 faizə olmasıdır Buna nail olmağa çalışacağıq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər