6 May 2014 22:16

Bü gün Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın evində axtarış aparılib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin əməkdaşları Rauf Mirqədirov barəsində olan cinayət işi üzrə hüquqi qeydiyyatdan keçməyən Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı mənzildə məhkəmənin qərarı əsasında axtarış aparılıb.

Axtarış zamanı bir sıra sənədlər və elektron daşıyıcılar maddi sübut kimi götürülüb.


Müəllif:
Загрузка...