15 Yanvar 2022 12:27
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident 12 yanvarda yerli telekanallara müsahibəsində əslində yeni anti-korrupsiya gündəliyini təqdim etdi. Azərbaycanda ictimai nəzarət institutları var. Bu istiqamətdə işlər daimi olmalıdır. Söhbət ictimai nəzarətin daimiliyindən gedir".

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Hüquq müdafiəçisi ictimai nəzarət mexanizminin daha effektiv olması ilə bağlı təklif də verib:

"Dövlət qurumlarının bütün instansiyalarında ictimai nəzarət olmalıdır. Bununla bağlı operativ reaksiya verə biləcək nəzarət formalaşdırılmalıdır. Bununla bağlı Prezident yanında İctimai Nəzarət Palatası yaradıla bilər. Onun tərkibinə media nümayəndələri, QHT nümayəndələri, ictimai rəy liderləri qatıla bilər, bu sadəcə mənim təklifimdir. Başqa bir formada da mexanizm yaratmaq mümkündür. Beləliklə, ayrı-ayrı sektorlarda ictimai nəzarət mümkündür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər