15 Yanvar 2022 15:50
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Uşaq Evinin məzunu Günay Vəliyevanın toy mərasimi keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, gəlin şadlıq sarayına uşaq evindən gətirilib.

Günay Vəliyeva 11 yaşından uşaq evində böyüyüb.O, Şəmkir rayonuna gəlin köçürüb. Günay Vəliyeva Tural bəylə ailə həyatı qurub.

Toy mərasimində rəsmilər iştirak edib.

Məlumat üçün bildirək ki, Günay Vəliyeva Samux rayonunda bir otaqlı evlə təmin edilib.


Müəllif: Teleqraf.com