17 Yanvar 2022 12:25
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" monoqrafiyası nəşr edilib.

Teleqraf.com-un məlumatına görə, JekoPrint Çap Evi tərəfindən çap edilən kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub.

Tədqiqatda həmçinin zamanında Cənubi Qafqazın şərqində yerləşəm Vətənimizin yaradılmasında rola malik olan və varisi sayıldığımız Azərbaycan türklərinin qədim köklərinə də müəyyən diqqət ayrılıb. Kitabda Azərbaycan etnosunun formalaşmasının əsas mərhələlərinin izləndiyi qısa tarixi ekskurs da oxucuların diqqətinə təqdim olunur.

Lakin tədqiqatın əsas məqsədi Azərbaycan xalqının formalaşmasında əsas rola malik olan XIX–XХ əsrlərin sonlarında baş vermiş köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etmək və işıqlandırmaqdır. Kitabda Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesi araşdırılıb.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus dilindədir.

Bu əsər alimin həyatının son günlərində bitirdiyi, amma çap eləməyə zamanı çatmayan 3 əsərindən biridir.


Müəllif: Teleqraf.com