17 Yanvar 2022 15:45
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.

Bunu Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirib.

O qeyd edib ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var: “Komissiya haqqında əsasnamə mövcuddur. Dövlət Komitəsi sözügedən əsasnaməyə əlavə və dəyişikliklər edilməsi üçün layihə işləyib hazırlayıb. Dəyişikliklərdə komissiyanın ştat cədvəlinə soisal işçi ştatının əlavə edilməsi nəzərdə tutulub. Belə ki, müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə dəstək olmaq məqsədilə sosial işçilərə ehtiyac duyulur./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər