18 Yanvar 2022 11:30
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərə marşrut avtobuslarının hərəkəti DİN əməkdaşlarının müşayiəti ilə təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir avtobusda DİN polis əməkdaşları əyləşəcək: "Şuşa və Ağdamda gəziləcək, görüləcək yerlərlə bağlı ANAMA ilə müvafiq işlər görülüb. Planlar hazırlanıb və göndərilib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər