18 Yanvar 2022 15:20
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 33 696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10 152 829 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.


Müəllif: Teleqraf.com