COVID-19 virusuna yoluxma artdığı halda virusun yeni mutasiyaları qeydə alına bilər.
Teleqraf.com xəbər verir ki, Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssisləri apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.
Araşdırmalara görə, COVID-in vaiyantları arasında ən çox yayılan və hazırda epidemiyanı davam etdirən Hindistan-İngiltərə mənşəli delta mutasiyasıdır.
Bununla yanaşı, son aylarda Botsvana mənşəli və Cənubi Afrikada bir alim tərəfindən aşkar edilən və sünbül-ankor adlanan bir ştamın virusun hüceyrə birləşmə bölgəsində çoxlu ümumi mutasiyaya malik olduğu qeydə alınıb. Bu mutant ştam Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “omikron” adı verdiyi variiantdır.
Mütəxəssislərin fikrincə, COVID-19-a səbəb olan sars-cov-2 virusu yayılmağa və insanlara yoluxmağa davam etdikcə, virusun xüsusiyyətlərinə görə qrip virusu kimi yeni ştam variantları və ya mutasiyaları aşkarlana bilər.