20 Yanvar 2022 10:40
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, anım mərasimlərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin birbaşa göstərişi ilə Bakıya və respublikanın digər şəhər və rayonlarına ordu yeridilib, dinc, günahsız insanlar vəhşicəsinə qətlə yetirilib.

Vurğulanıb ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şərəfli bir səhifə olaraq həkk olunub.

Diqqətə çatdırılıb ki, xalqımızın o ağır günlərində - 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Məhz Ümummilli Liderin təşəbbüsü ilə bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Ulu öndər Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində bu gün də mühüm addımlar atılmaqdadır.

Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər