Müharibə itkisiz, ağrısız, zəhmətsiz olmur. 44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərib, işinə, xidmətə məsuliyyətlə yanaşıb və vicdanla çalışıblar.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə zefer.az saytının təqdimat mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü: " Bütün dünya vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu".