21 Yanvar 2022 11:55
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Sumqayıt şəhərində “Daewoo” və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Xətai rayonunda “Kia” markalı minik avtomobilinin daş hasara çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 2000-ci il təvəllüdlü Hüseynov Zeynal Yusif oğlunun və Bakı şəhərinin Nəsimi rayonunda bağlı qapı arxasında aşkar edilmiş 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, güclü külək səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasının üzlük daşlarının yaratdığı təhlükə ilə əlaqədar xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.


Müəllif: Teleqraf.com