21 Yanvar 2022 22:27
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov bu gün RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə ailə həyatı qurub.

Teleqraf.com xəbər verir ki, bu barədə T.Rəcəbov özünün İnstaqram səhifəsində “I Love You!” yazaraq məlumat verib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub və daha sonra boşanıblar. Onların Məryəm adlı bir övladı var.

Elnarə Nəsirli SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun qızıdır.


Müəllif: Teleqraf.com