24 Yanvar 2022 10:18
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibədən və Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra diplomatiyada, xarici siyasətdə, o cümlədən Azərbaycanın mövqeyinin dünya və yerli ictimaiyyətə çatdırılmasında yeni reallıqlar formalaşıb. Xüsusilə media materiallarının hazırlanması zamanı post-münaqişə dövrünün həqiqətlərinin düzgün çatdırılması, informasiya müharibəsinin yeni reallıqlara uyğun aparılması, məqalələrin yazılmasında müəyyən nöqsanlara rast gəlmək mümkündür.

Teleqraf.com xəbər verir ki, Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdəki fəaliyyətlərinə töhfə vermək məqsədilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birlikdə “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üç günlük təlim təşkil edir. Təlim iki nazirlikdən və BMTM-dən olacaq təlimçilərlə birlikdə Azərbaycanın müharibədən sonrakı dövrdə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili, müharibədən sonra terminologiyanın dəyişməsi, media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı və materialların hazırlanmasında nəzərə alınmalı həssas məqamlar və sair məsələlərini əhatə edəcək.

Təlimin ilk günündə açılış nitqi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış edəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər