24 Yanvar 2022 11:08
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mediamızın ümumi keyfiyyət göstəricilərinin artırılması ilə bağlı məsələləri biz də hiss edirik. Hamı bilir ki, böyük zəfərdən sonra bütün sahələrdə olduğu kimi media sahəsində də artıq bu, müsbət təsirini göstərməkdədir. Mediamız bu gün münaqişə və post-münaqişə dövrü ilə bağlı faktların təqdim olunmasına, zəfərin əldə olunmasında hər bir vətəndaşımızın keçdiyi yolu, onların göstərdiyi fədakarlığı işıqlandırmağa mükəlləf olub. Bu proses hazırda da davam edir. Amma bu prosesin daha dərin getməsi vacibdir. Bugünkü tədbir də bu istiqamətdə yaxşı bir platformadır.

Teleqraf.com xəbər verir ki, bunu “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda jurnalistlər üçün üç günlük təlimdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.

Əhməd İsmayılov deyib ki, Vətən müharibəsində jurnalistlərin fədakarlığı çox böyük olub: “Jurnalistlər nəinki öz qələmləri ilə, həmçinin silaha sarılaraq iştirak ediblər. Hətta onlardan terrora qurban gedənlər də oldu”.

İcraçı direktor qeyd edib ki, medianın üzərinə də peşəkarlıq düşür. Hər bir jurnalistin peşəkar yanaşmasına ehtiyac var: “Medianın İnkişafı Agentliyi həm də sahəvi jurnalistikanın inkişafına yönəlib. Biz jurnalistləri müvafiq məlumatlarla təmin etməliyik. Çünki bəzi hallarda məlumat qıtlığı olur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər