7 May 2014 09:27
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan "Eurovision-2014" mahnı müsabiqəsinin finalına çıxıb.

Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Azərbaycanın nümayəndəsi Dilarə Kazımova "Start a Fire" mahnısı ilə həmin müsabiqənin finalında çıxış edəcək.

Teleqraf.com-un məlumatına görə, birinci yarımfinalda Ermənistan, Latviya, Estoniya, İsveç, İslandiya Albaniya, Rusiya, Azərbaycan, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Hollandiya, Monteneqro, Macarıstan təmsilçiləri səhnəyə çıxıblar.

Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib.

"Eurovision-2014"ün finalı mayın 10-da keçiriləcək.


Müəllif: