Bakıda əlillərin müalicə aldığı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi koronavirusa görə bağlanıb.
Son günlər müəssisədə müalicə alan bir neçə şəxsdə COVID-19 virusu aşkarlanıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, virusun yayılmaması üçün müəssisəyə qəbul yanvarın 31-dək dayandırılıb: "Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq".
Qeyd edək ki, 50 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslər həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunurlar./Report/