Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rübabə Qafarova koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, hakimin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
Bu səbəbdən onun icraatında olan işlər təxirə salınıb.
Qeyd edək ki, ötən gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun koronavirusa yoluxması barədə məlumat yayılıb.
Bundan, başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarov və Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovda da COVID-19 aşkarlanıb.