20 Noyabr 2014 11:42
2 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il paytaxtda fərqli yeni il abu-havası yaşanacaq. Bakının müxtəlif məkanlarında, ticarət və əyləncə mərkəzlərində, əhalinin gediş-gəlişinin çox olduğu yerlərdə göz oxşayan mənzərələr yaradılacaq. Yolkalar fəqrli tərzdə bəzənəcək, müxtəlif dekorlar hazırlanacaq. Hələlik detallar və məkanlar tam açıqlanmır.

Paytaxtda keçiriləcək yeni il tədbirlərinin təşkilatçısı Wedding Art Hous şirkətinin rəhbəri Nigar Məmmədova Teleqraf.com-a bildirib ki, artıq hazırlıq işlərinə başlanılıb:

“Əməkdaşlarımız yeni il tədbirlərinin təntənəli şəkildə qeyd olunacağı məkanlarla tanış olur. Həyata keçiriləcək layihələrdə onların imkanları öyrənilir. Adlarını açıqlamadan deyə bilərəm ki, bəzi yerlərdə artıq karkasların qurulmasına da start vermişik. Bu yeni ilin fərqli xüsusiyyətlərindən biri də bir çox məşhur nağıl personajlarının təşkil olunan tədbirlərdə iştirakı olacaq. Bir sözlə 2015-i ən gözəl şəkildə qarşılamaq istəyənlər başqa ölkələrə üz tutmasınlar. Çünki, Bakı bu il ən gözəl tədbirlərin ev sahibidir”.

AZAD


Müəllif: